AZ

Yoahim Löv bu millini çalışdıra bilər

Almaniya millisinin sabiq çalışdırıcısı Yoahim Löv yenidən fəaliyyətə başlaya bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis Özbəkistan Futbol Federasiyasından təklif alıb.

O, bu ölkənin millisini çalışdırmaq şansına sahibdir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Löv sonuncu dəfə 2021-ci ildə baş məşqçi kimi işləyib. Alman məşqçi “Ştuttqart”, “Fənərbaxça”, “Karlsrue”, “Adanaspor”, “Austriya”(Vyana) və Almaniya millisində çalışıb.

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr