AZ

Berlində 15 nəfəri öldürməkdə ittiham olunan həkimin məhkəməsi başlayıb

Almaniya paytaxtı Berlində azı 15 xəstəni öldürməkdə təqsirləndirilən palliativ yardım həkiminə qarşı məhkəmə prosesi başlayıb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, işə Berlin Regional Məhkəməsində baxılır və məhkəmə 2026-cı il yanvarın 28-dək 35 dinləmə təyin edib.

İstintaqın məlumatına görə, 40 yaşlı kişi 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər xəstələri öldürüb. O, pasiyentlərə anestetik və əzələ boşaldıcı iynə vurub. Sonuncu tənəffüs əzələlərinin iflicinə, sonra isə tənəffüsün dayanmasına və ölümə səbəb olub. İlk və ən gənc qurbanın 25, ən yaşlısının isə 94 yaşı olub. Hazırda hüquq-mühafizə orqanları daha 75 şübhəli işi yoxlayır, ona görə də qurbanların daha çox ola biləcəyi istisna edilmir.

Prokurorluq hesab edir ki, həkim köməksiz vəziyyətdə olduğunu bildiyi insanları öldürüb. Şübhəli şəxs 2024-cü ilin avqust ayından istintaq təcridxanasındadır.
Seçilən
10
2
7news.az

3Mənbələr