İzmirin Ödemiş rayonunda dəhşətli ailə faciəsi baş verib. 46 yaşlı Suat Yiğenli hələlik məlum olmayan səbəbdən mübahisə etdiyi atası Yılmaz Yiğənlini (70) baltayla başından ağır yaraladıqdan sonra kənd təsərrüfatı dərmanı içərək intihar edib. Onun bir müddət əvvəl psixoloji müalicə aldığı məlum olub.
News365.az xəbər verir ki, hadisə gecə saatlarında Umurbey məhəlləsinin Balabanlı yolu ərazisində yerləşən bağ evində baş verib. Suat Yiğenli ilə atası Yılmaz Yiğenli arasında yaranan mübahisə davaya çevrilib və nəticədə oğul baltayla atasının başına zərbə endirib.
Hadisədən sonra Suat Yiğenli tarım dərmanı içərək canına qəsd edib. Səhər saatlarında evə gələn ana Hediye Yiğenli həyat yoldaşı və oğlunu yerdə hərəkətsiz vəziyyətdə görüb və dərhal qonşulardan yardım istəyib. Hadisə yerinə çağırılan jandarma və təcili tibbi yardım əməkdaşları Suat Yiğəlinin həyatını itirdiyini, atasının isə ağır yaralı olduğunu müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.