Tanınmış göz həkimi Cahid Şahbazovla bağlı cinayət işi açılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə C.Şahbazovun əməliyyatından sonra bir gözü iflic olan Humay Əliyeva paylaşım. Edib. O bildirib ki, onun şikayəti əsasında Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cahid Şahbazov istintaqa cəlb edilib.
Qeyd edək ki, şikayətçi gnc xanım Humay Əliyeva üzləşdiyi vəziyyətlə bağlı tibbi ekspertizanın təyin edildiyini və gözündə uğursuz əməliyyat olunmasının təsdiqləndiyini əlavə etmişdi. O, C.Şahbazovun əməliyyatından sonra bir gözünün görmə qabiliyyətini tamamilə itirdiyini, gözünün iflic olduğunu, göz qapağının açılmadığını bildirmişdi.
Gülşən Rəsul