AZ

Suriya-Azərbaycan münasibətləri daha da inkişaf edəcək - Professor

Suriya-Azərbaycan

“Azərbaycan və Suriya arasında münaibətlərin tarixi qədim dövrlərə söykənir. Bu münasibətlər hər zaman yüksək səviyyədə olub. Lakin Bəşər Əsədin hakimiyyətinin son illərində vəziyyət dəyişdi, Əsəd Suriyası Ermənistanla müttəfiq oldu. Azərbaycan isə Suriya məsələsində Türkiyə ilə eyni mövqedən çıxış etdi. Çünki Suriya ilə bağlı Türkiyənin mövqeyi bir qədər fərqli idi, Bakı bu mövqeyi bölüşdü. Nəhayət Suriyada Əsəd hökuməti yıxıldı və Əhməd əş-Şaranın rəhbərliyi ilə yeni hakimiyyət formlaşdı. Və bu hakimiyyət dərhal Azərbaycanla münasibətləri qaydaya qoymağa çalışdı. Bu kontekstdə Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın Azərbaycan səfəri çox uğurlu oldu. Suriya prezidentinin səfərdən sonra Azərbaycan və onun lideri İlham Əliyev barəsində yazdığı yüksək fikirlər də bunu göstərir. Hesab edirəm ki, bu, çox uğurlu səfər oldu”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan-Suriya münsibətlərinin indiki dövrünü şərh edən professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev əlavə edib ki, Azərbaycanın dövlət başçısı Yaxın və Orta Şərqin qəbul edilən lideridir, söz sahibidir: “Biz bu müddət ərzində Suriya məsələsində Türkiyə ilə birlikdə hərəkət etdik. Suriya ərazisində şoxlu sayda türk yaşayır, o cümlədən Azərbaycandan köçüb gedənlər. Azərbaycan lideri özünü azərbaycan türkü sayan insanları harada yaşamasından asılı olmayaraq, müdafiə edir, dəstək verir. Odur ki, Azərbaycan Suriya ilə münasibətlərin qurulmasında maraqlıdır”.


C. Nuriyev

Müsahibimiz xatırladıb ki, Azərbaycan Suriyaya humanitar yardım göstərib, Əsəd hökuməti iflas etdikdən sonra Dəməşqdə səfirliyini ilk açan ölkələrdən biri olub: “Nəzərə almaq lazımdır ki, Suriya prezidenti Əhməd əş-Şaranın Ərəb ölkələrində də nüfuzu var. Onun Azərbaycanla dost olması, əlaqələrimizi inkişaf etdirmək istəyi müsbət haldır. Bundan başqa, bizim SOCAR şirkəti Suriyada qaz kəşfiyyat işləri həyata keçirəcək. Bununla bağlı razılaşma var. Demək istəyirəm ki, Suriya ilə əməkdaşlıq tarixi, dini, ideoloji baxımdan bizim maraqlarımıza uyğundur”.

C. Nuriyev qeyd edib ki, son dövrlər Suriya-ABŞ münasibətlərində də müəyyən inkişaf və yaxınlaşma müşahidə olunur: “ABŞ Suriya ilə bağlı sanksiyaların böyük hissəsini geri götürüb, Dəməşq hökuməti ilə yaxından işləyir, əməkdaşlıq edir. Hesab edirəm ki, Azərbaycanın Suriya ilə əlaqələri inkişaf etdirməsi ABŞ-Azərbaycan münasibətləri üçün də müsbət haldır, istər-istəməz bu münasibətlərin inkişafına təsir edəcək amildir. Eyni zamanda İsrail də Suriya ilə əməkdaşlıq edir, danışıqlar aparır. Bunlar da müsbətdir. Mənim qənaətim odur ki, Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaranın uğurlu Azərbaycan səfəri münasibətləri daha da dərinləşdirəcək və ölkələrimizə qarşılıqlı şəkildə xeyir verəcək”.

Y. QACAR
Reyting.az
Seçilən
14
reyting.az

1Mənbələr