AZ

Azad edilmiş ərazilərdə daha 81 mina, 240 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.07.2025 - 13.07.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Herbiand.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 65 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 240 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1.639,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
24
43
herbiand.az

10Mənbələr