AZ

Gənc ulduza icazə verdi, şərt qoydu - Əylən, amma..

“Barselona”nın vingeri Lamin Yamal dünən 18 yaşını qeyd edib.

O, bu münasibətlə möhtəşəm bir ziyafət təşkil edib. Tədbirə çoxsaylı qonaqlar, həmçinin, məşhurlar dəvət olunub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik gənc futbolçuya bu əyləncəyə icazə verib.

Almaniyalı mütəxəssisin bir şərti olub: O, 1-ci gün tam şəkildə məşqlərə qayıtmalıdır.

Yamal 18 yaşına qədər “Barselona”nın əsas komandasında bütün turnirlər daxil olmaqla 106 oyunda forma geyinib, 25 qola və 34 məhsuldar ötürməyə imza atıb.

İspaniyalı oyunçu milli komandada 21 matçda iştirak edib, 6 dəfə fərqlənib və 9 qol ötürməsi verib.

Seçilən
2
sportinfo.az

1Mənbələr