AZ

"Çelsi" klublararası dünya çempionatının qalibi oldu

Bu gün klublararası dünya çempionatının final matçı keçirilib.

Fanat.Az xəbər verir ki, "Çelsi" PSJ-ni darmadağın edərək kubokun sahibi olub.

London təmsilçisinin heyətində Koul Palmer (22, 30) və Joau Pedro (43) fərqlənib.

Beləliklə, “Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək birinci yeri tutub.

Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.

Klublararası dünya çempionatı
Final
13 iyul

PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 0:3 
Qollar:
K.Palmer 22; 30. J.Pedro, 43.

Seçilən
16
fanat.az

1Mənbələr