AZ

ABB-nin gəlirləri artıb - BANK BÖYÜYÜB - HESABAT

Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC cari ilin ilk yarısının yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.

FED.az xəbər verir ki,hHesabatlar bankın əməliyyatlarında ümumi canlanma olduğunu, faiz və qeyri-faiz gəlirlərinin, eləcə də aktivlərinin artdığını göstərir.

Faiz Gəlirləri Kəskin Artıb

Hesabat dövründə Bankın cəmi faiz gəlirləri 531,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 94,5 milyon manatlıq (21,6%) artım deməkdir. Bu artımda əsas rolu aşağıdakı maddələr oynayıb:

Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri 394,4 milyon manata yüksələrək, 84,8 milyon manat (27,4%) artıb.

Ticarət və investisiya qiymətli kağızları üzrə gəlirlər 90,1 milyon manata çatıb ki, bu da illik 24,7 milyon manatlıq (37,8%) artım deməkdir.

Digər faiz gəlirləri 29,2 milyon manat təşkil edərək 5,6 dəfə artıb.

Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlardan gəlirlər isə 8,1 milyon manat olub ki, bu da 2,5 milyon manatlıq (45%) artım deməkdir.

Bununla yanaşı, banklardakı depozitlər üzrə faiz gəlirləri 16,8 milyon manat, banklara verilən kreditlər üzrə faiz gəlirləri isə 1,3 milyon manat təşkil edib.

Faiz Xərcləri və Xalis Faiz Gəliri

Bankın cəmi faiz xərcləri 181,8 milyon manata yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,2 milyon manatlıq (88,1%) artım deməkdir. Xərclərin artımında əsas rolu bu maddələr oynayıb:

Depozitlər üzrə faiz xərcləri 127,1 milyon manata çataraq, 57,4 milyon manat (82,4%) artıb.

Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə xərclər 30,9 milyon manat olmaqla, 6,4 dəfə artıb.

Pul bazarı alətlərinə ödənilən faizlər 15,8 milyon manata yüksələrək 2,6 milyon manat (19,3%) artıb.

Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər isə 2,6 milyon manat təşkil edib.

Qiymətli kağızlar üzrə ödənilən faizlər isə 5,5 milyon manat olub.

Yekunda, Bankın xalis faiz gəliri 341,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,8 milyon manatlıq (2,0%) artım deməkdir.

Qeyri-Faiz Gəlirləri və Xərcləri

Cari dövrdə bankın maliyyə nəticələrini gücləndirən amillərdən biri də qeyri-faiz əməliyyatları olub. Bankın cəmi qeyri-faiz gəlirləri 199 milyon manata yüksələrək, ötən ilə nisbətən 52,5 milyon manat (35,8%) artıb. Bu artımın bütün maddələrdə qeydə alınması diqqət çəkir:

Alınan haqq və komissiya gəliri 125,5 milyon manata çatıb ki, bu da illik 19,4 milyon manatlıq (18,3%) artım deməkdir.

Xarici valyuta əməliyyatlarından əldə edilən gəlir 38,9 milyon manat təşkil edərək, 13,4 milyon manat (52,7%) artıb.

Digər gəlirlər 31,8 milyon manat olmaqla, 2,1 dəfə artıb.

Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir isə 2,8 milyon manat olub.

Qeyri-faiz xərcləri isə 284,3 milyon manat təşkil edərək 61,4 milyon manat (27,5%) artıb.

 

Yekun Nəticə: Xalis Mənfəət 155,5 Milyon Manat Olub

Bütün gəlir və xərclərin yekununda, bankın əməliyyat mənfəəti 65,9 milyon manata çatıb ki, bu da 11,1 milyon manatlıq (20,2%) artım deməkdir. Vergidən əvvəlki mənfəət 190,5 milyon manat təşkil edib. Bankın mənfəət vergisi xərci isə 35 milyon manat olmaqla 3,7 milyon manat (11,7%) artıb. Sonda, ABB dövrü 155,5 milyon manat xalis mənfəətlə başa vurub.

Seçilən
90
24
fed.az

10Mənbələr