AZ

Özbəkistan Futbol Assosiasiyası Yoahim Löv ilə danışıqlara başlayıb

Özbəkistan

Tanınmış almaniyalı mütəxəssis Yoahim Löv Özbəkistan millisinə rəhbərlik edə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, artıq Özbəkistan Futbol Assosiasiyası 65 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

Löv bu təklifi qəbul edərsə, hazırda Özbəkistan millisinə rəhbərlik edən Timur Kapadze almaniyalı çalışdırıcının texniki heyətində yer alacaq.

Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib.

Seçilən
9
2
xalqcebhesi.az

3Mənbələr