AZ

Messi dubl etdi, ABŞ-də qol rekordu qırdı - VİDEO

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS liqasının növbəti turu çərçivəsində “Neşvill”ə qarşı oyunda dubl edib.

Sportinfo.az xəbər verir ki, Messi MLS-də ardıcıl 5-ci matçında iki qol vurub.

O, bu göstərici üzrə turnirin rekordunu müəyyən edib.

Ümumilikdə Messi turnirdə ardıcıl 6-cı oyunda fərqlənib. MLS tarixində buna yalnız 2018-ci ildə “Atlanta”da çıxış edən venesuelalı hücumçu Xosef Martines nail olub.

Seçilən
25
3
sportinfo.az

10Mənbələr