AZ

Tramp: "Mən onun sözünün adamı olduğunu düşünürdüm"

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu növbəti dəfə açıqlayıb...

Poliqon xəbər verir ki, o, həmkarının sözlərinin heç bir çəkisi olmadığını eyham edib.

Bu barədə Amerika lideri Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə bildirib. Onun sözlərinə görə, Rusiya lideri Ukraynadakı müharibənin həlli ilə bağlı hərəkətləri məyusedicidir:

"Prezident Putindən çox məyus oldum. Mən onun sözünün adamı olduğunu düşünürdüm, amma o, hər yeri bombalayır", deyə Tramp qeyd edib.

Rusiyaya qarşı sanksiyaları elan etməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala Tramp belə cavab verib: "Sabah nə olacağını görəcəyik".

Poliqon.info

Seçilən
42
50
poliqon.info

10Mənbələr