Binance birjasının məlumatına görə, Bitcoin-in qiyməti tarixdə ilk dəfə 120 min dolları keçib.
News24.az TASS-a istinadən xəbər verir ki, Moskva vaxtı ilə səhər saat 6:41-də (GMT ilə 3:41-də) Bitcoin-in qiyməti 120 min dollara çatıb (1,87% artım olub).
Cəmi 4 dəqiqə sonra, saat 6:45-də isə qiymət 121 min dolları da keçərək 121,014.73 dollar olub (2,82% artım).
İyulun 9-da da Bitcoin yeni rekord vurmuşdu – qiyməti 111,999 dollara qalxmışdı.
Bitcoin — internet üzərindən işləyən rəqəmsal (virtual) puldur. Onu istənilən şəxs kompüterlə "qazana" (mayninq edə) bilər.
Bu ideya 2008-ci ildə "Satoşi Nakamoto" adını istifadə edən bir şəxs və ya qrup tərəfindən yaradılıb. Son illərdə Bitcoin çox məşhurlaşıb. Onun sayı məhduddur və çox hissəsi artıq çıxarılıb.