İndoneziyada timsah məktəblini həmyaşıdlarının gözü qarşısında öldürüb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail2 məlumat yayıb.
Hadisə Şərqi Kalimantan əyalətindəki Santan Ulu çayında baş verib. Yırtıcı palçıqlı sudan tullanıb və 15 yaşlı Məhəmməd Nur Əkbərin budundan tutaraq çəkməyə başlayıb.
Dostlar köməyə gələrək Məhəmmədin köynəyindən yapışıblar. Bununla belə, sürünən daha güclü olub və qurbanı dərinliklərə sürükləyib. Tezliklə yırtıcı ovunu ağzından buraxmadan yenidən səthdə peyda olub. Şahidlərdən biri bu anı videoya çəkib.