Futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.
Bizim.Media xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi turnirin final oyunu İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları arasında keçirilib.
Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılan qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Koul Palmer (2 qol) və Joao Pedro vurublar.
Bizim.Media