Berlində keçirilmiş “Rave The Planet” elektron musiqi festivalında kütləvi xəsarət halları baş verib.
Publika.az “Bild” nəşrinə istinadla bildirir ki, ötən gün təşkil olunan tədbirdə ümumilikdə 89 nəfər təcili tibbi yardım tərəfindən müayinə edilib, onlardan 69-u xəstəxanaya yerləşdirilib. Yağışlı hava şəraitində keçirilən festival zamanı ümumilikdə 400 nəfərə tibbi yardım göstərilib. Yaralanmaların əsas səbəbləri alkoqol və narkotik istifadəsi ilə bağlı olub, bəzi hallarda bədənə xəsarət yetirilməsi faktı da qeydə alınıb. Bir neçə şəxs təhlükəli vəziyyətdə olub, lakin xəsarətlərin dəqiq xarakteri barədə məlumat verilməyib.
Hadisə ilə bağlı şəhər üzrə təcili yardım resurslarının demək olar ki, tam səfərbər edildiyi, könüllü xidmətlərin dəstəyi olmasa, vəziyyətin daha ağır ola biləcəyi qeyd edilib.