“Zirə“nin Salifu Sumanı hansı kluba satdığı bilinib.
Bizim.Media xəbər verir ki, qvineyalı vinger bundan sonra Sloveniyada çıxış edəcək.
“Qartallar“ın 21 yaşlı legioneri “Maribor“la anlaşıb. Adı son günlərə kimi Kiyev “Dinamo“su ilə yanaşı hallanan afrikalı bu gün-sabah yeni komandasının düşərgəsinə yollanacaq. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanması nəzərdə tutulub.
Suma 2023-cü ilin avqustundan ölkəmizdə çıxış eləyirdi. “Zirə“ onu “Havr“dan (Fransa) sıralarına qatmışdı.
“Maribor“ Sumaya Azərbaycan klubuna təxminən 800 min avro təzminat ödəyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta