AZ

Moskvada afroamerikalı qadın irqçi hücuma məruz qaldı – polis müdaxilə etmədi

Moskvada ABŞ-dan irqçilik və polis zorakılığından qaçaraq Rusiyaya sığınan afroamerikalı qadın yerli sakin tərəfindən hücuma məruz qalıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Fransin Villa adlı qadın Rusiya paytaxtına diskriminasiyadan xilas olmaq ümidi ilə köçsə də, qonşusunun təqib və zorakılığı ilə üzləşib. Məlumata görə, həmin şəxs qadını dəfələrlə dərisinin rənginə görə təhqir edib və sonradan ona fiziki zorakılıq göstərib.

Fransin Villa hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət etsə də, polis tərəfindən heç bir tədbir görülməyib. Hazırda qadının xəstəxanada müalicə aldığı bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya mediası tərəfindən Fransin Villa haqqında süjet hazırlanmış, o, Rusiyada özünü azad və təhlükəsizlikdə hiss etdiyini bildirmişdi.

 

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr