AZ

Antalya daha bir rekorda imza atdı

İyulun 12-də Türkiyənin Antalya vilayətinə 100 min 646 xarici turist səfər edib. Antalya və Alanya rayonunda yerləşən Qazipaşa hava limanlarının statistik göstəricilərinə əsasən hesablanan bu rəqəm son beş ilin iyul ayı üzrə ən yüksək göstəricisidir.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.
Nazir bildirib ki, güclü turizm infrastrukturu və sektorun qətiyyətli əməkdaşlığı sayəsində Antalyanın beynəlxalq aləmdə cazibəsi hər gün daha da artır. O, “Türkiyə əsri” baxışı çərçivəsində görülən işlərin ölkənin turizmdə əldə etdiyi nailiyyətləri daha da irəli apardığını vurğulayıb.
Seçilən
42
12
onn.az

10Mənbələr