AZ

Ukraynada hökumətdə dəyişiklik olacaq

Ukraynanın baş naziri Denis Şmıqal ölkənin müdafiə naziri ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Şmıqalın yerini baş nazirin müavini Yuliya Sviridenko tutacaq və Ukrayna Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov Kiyevin ABŞ-dakı səfiri təyin oluna bilər. Nəşr bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq hökumətdə dəyişikliklərlə bağlı qərar verib.

Bundan əlavə, bəzi nazirliklərin birləşməsi və Nazirlər Kabineti daxilində səlahiyyətlərin yenidən bölüşdürülməsi gözlənilir. Belə ki, hazırkı bir neçə nazir vəzifəsini itirə bilər, lakin konkret adlar hələ müəyyənləşməyib.

Seçilən
29
15
bakivaxti.az

10Mənbələr