AZ

Əfqanıstan beynəlxalq səviyyədə tanınmasını istəyir

Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ - Əfqanıstanın hazırkı hökuməti dövlətin adını təyin edib) informasiya və mədəniyyət naziri Xeyrullah Xayrxva bildirib ki, ölkənin beynəlxalq aləmdə rəsmi tanınması üçün hər cür şərait yaradılıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Əfqanıstan hakimiyyəti 2020-ci ildə Dohada ölkədə sülhün bərpa edilməsinə dair razılaşmaya uyğun olaraq lazım olan bütün şərtləri yerinə yetirib.

O, həmçinin qeyd edib ki, Əfqanıstan İslam Əmirliyinin rəsmi tanınması ölkədəki iqtisadi vəziyyətə müsbət təsir göstərəcək və xüsusən də xaricdən investisiyaların cəlb olunmasına kömək edəcək.

“Əfqanıstanda təhlükəsizlik bərpa edilib, narkotik istehsalı dayandırılıb və korrupsiyanın kökü kəsilib”, - deyən nazir bu nailiyyətlərin təkcə ölkənin özü üçün deyil, bütün dünya üçün önəmli olduğunu bildirib.

Seçilən
112
7
demokrat.az

10Mənbələr