Abşeron rayonunun Abbas Səhhət küçəsində yerləşən binada güclü yanğın baş verib.
Axar.az haqqın.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN-in yanğınsöndürən briqadaları cəlb olunub.
Şahidlər bildirirlər ki, alov sürətlə yayılıb, amma hazırda nəzarət altındadır. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım da gəlib.