BAKI, 13 iyul. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun braziliyalı futbolçusu Anderson Taliska zədələnib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Karagümrük”lə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyununda arxa əzələsindən xəsarət alıb.
Braziliyalı oyunçunun müalicəsinə artıq başlanılıb. Zədənin nə qədər ciddi olduğu barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Anderson Taliska 2021-ci ildən “Fənərbağça”nın şərəfini qoruyur.