13 iyul 3x3 basketbol üzrə Azərbaycanın qadın millisi Qadın Seriyasında Buxarest mərhələsinin 1/4 final oyununa çıxıb.
Operativ Media xəbər verir ki, milli komanda güclü Çin millisinə 21:17 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinalda qızlarımızın rəqibi yerli "Rapid Buxarest" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19:50-də start götürəcək.