Müğənni Xatun maraqlı açıqlamalar verib.
Sfera.az xəbər verir ki, o, həmkarı Türkan Vəlizadə barədə danışıb.
"Türkanı həmişə Rüfət Axundovun yanında görmüşəm. Hər zaman dəstək olub. O itirən qız deyil. Müxtəlif tərzlərdə oxumağına görə peşmanlıq hiss etməsin. Türkanın əvvəl çevrəsi vardı, oradan qurtulmağına görə onu alqışlayıram. Bizim yanımıza gəlsin, ona qucaq açırıq. Onun xarici görünüşü də, səsi də tərz dəyişikliyinə imkan verir. Ona görə sən, bizim yanımıza gəl".