Şərurda qardaşı oğlunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, iyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı, Şərur rayonu Yuxarı Havuş kənd sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.