AZ

Salyanda avtomobil kanala aşıb, 3 nəfər ölüb - FOTOLENT - YENİLƏNİB

Xəbərə fotolar əlavə edilib.

***

15:48

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

“QAZ 3111” markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parça Xalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Salyanda Salyanda Salyanda
Seçilən
18
13
apa.az

10Mənbələr