AZ

Bu məşq 50 yaşdan yuxarı insanlar üçün ölüm riskini azaldır

Yeni elmi araşdırma sübut edib ki, yetkin yaşda fiziki aktivliyə başlamaq belə, ölüm riskini 20%-ə qədər azalda bilər. Avstraliyanın Kvinslend Universitetinin alimləri 85 müxtəlif araşdırmanı təhlil edərək belə qənaətə gəlib.

 

Bu məşq hərəkətlərini təqdim edirik:

 

"Hərəkət etmək üçün heç vaxt gec deyil".

 

Araşdırmanın əsas nəticələri:

 

Həyatı boyu aktiv olanlar hər hansı səbəbdən erkən ölüm riskini 30-40% azaldırlar. Fiziki fəaliyyətsiz həyat tərzindən aktivliyə keçənlərdə bu risk 22% aşağı düşür. Əvvəl az hərəkətli olub, sonradan aktivliyi artıranlar isə ölüm riskini 20-25% azaldırlar. Alimlər qeyd edirlər ki, fiziki funksiyanın yaxşılaşması və iltihab əleyhinə təsirlər bu nəticəyə səbəb olur.

 

Neçə dəqiqə hərəkət etməliyik?

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə həftəlik tövsiyə edir:

 

150-300 dəqiqə orta intensivlikli fiziki fəaliyyət

və ya

 

75-150 dəqiqə yüksək intensivlikli fəaliyyət

və ya

 

Hər ikisinin kombinasiyası

 

Orta intensivlikli fəaliyyətə misallar:

 

Çox sürətli gəzinti (6.5 km/saat və ya daha sürətli)

 

Enerjili ev təmizliyi (pəncərə, döşəmə silmək və s.)

 

Velosiped sürmək (16-19 km/saat)

 

Badminton oynamaq

 

Yüksək intensivlikli fəaliyyətə misallar:

 

Dağda gəzinti (hiking)

 

Yavaş qaçış (9.5 km/saat və ya daha sürətli)

 

Bellə torpaq qazmaq

 

Sürətli velosiped sürmək

 

Futbol, basketbol və ya tennis oynamaq

 

Hərəkətdə qalmağın sadə yolları:

 

Dostla velosiped gəzintisi

 

Hər gün sürətli 30 dəqiqəlik gəzinti

 

Ev işləri – təmizlik belə aktivlik sayılır

 

Parkda yüngül idman və ya oyunlar

 

50 yaşdan sonra sağlam qalmaq üçün nə etməli?

 

Aktivliyə tədricən başlayın, qəfil ağır məşqlərdən qaçın

 

Əzələlərinizi və oynaqlarınızı qoruyun – isinmə və soyuma vacibdir

 

Təzyiq, şəkər və digər xroniki xəstəlikləri nəzarətdə saxlayın

 

Doktorla məsləhətləşin, xüsusilə uzun fasilədən sonra məşqlərə başlayırsınızsa

 

Yaşınızdan asılı olmayaraq, fiziki aktivlik həyatınızı uzada bilər. İstər gəzinti, istər ev işi, istər idman — hərəkət edin, çünki hərəkət = həyatdır. İndi başlamaq üçün ideal vaxtdır./lent.az

 

Tarix: 13 İyul 2025, 18:17   
Seçilən
0
5
pravda.az

6Mənbələr