AZ

Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafıəsasdır. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirənölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir.Bugünkü reallıqları bir daha ölkəmizin beynəlxalq münasibətlərsistemində yeri və roluna işıq salır. Bu baxımdan Suriya ƏrəbRespublikasının keçid dövrü Prezidenti Əhməd Əl ŞaraanınAzərbaycana ilk səfəri mühüm əhəmiyyət kəsb edir. Reallıq budur ki,Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yeni inkişafmərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə dərintarixi-mədəni bağlılığı var.

Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Əsəd rejiminin avtoritarvə qapalı xarici siyasəti Azərbaycan-Suriya münasibətlərinininkişafına öz mənfi təsirini göstərdi. Suriya daxilindəsabitsizlik, siyasi böhranlar, beynəlxalq təcrid bu ölkəninəməkdaşlıq əlaqələrini məhdudlaşdırmasına təsirsiz olmadı. SuriyaPrezidentinin iyulun 12-də ölkəmizə reallaşdırdığı ilk səfər,həmçinin Prezidentlərin məhdud və geniş tərkibdə görüşləriəlaqərimizin inkişafında yeni səhifənin başlanğıcı kimidəyərləndirilir. Prezident İlham Əliyev ilə Suriya ƏrəbRespublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın geniştərkibdə görüşündə bir daha vurğulandı ki, uzun illər ərzindəAzərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirənSuriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluqolub. Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizininkişafı üçün böyük perspektivlər açılıb. Əhməd Əl Şaraa əvvəlkihakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanlaəlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsininAzərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digərsahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Azərbaycanın əldəetdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsimünasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidentiölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini,amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişafetdiyini xüsusi vurğuladı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bundan əvvəl Azərbaycan və SuriyaPrezidentləri Antaliyada keçirilən forum zamanı görüşmüşlər.

Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkəyəvə Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edəndövlət olmuşdur. Azərbaycan Türkiyə ilə birlikdə Suriyanınmünaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinətöhfə verməyə hazırlığını ifadə etmişdir. Azərbaycan-Suriyamünsibətlərində yeni istiqamət Azərbaycanda istehal olunan qazınSuriya bazarına çıxarılmasıdır. Azərbaycan təbii qazı üçün dünyadarəqabət artır. Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərqölkələrinə də öz enerji ehtiyatlarını ixrac edir. SuriyaPrezidentinin səfəri zamanı bu məsələ müzakirə olunan mövzularsırasında oldu.

Səfər çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökumətiarasında Anlaşma Memorandumu imzalanıb. Suriya həm Azərbaycan maviyanacağını idxal edə, həm də tranzit ölkə rolunu oynaya bilər.Prezidentlərin görüşündə ölkələrimiz arasında xüsusilə enerjisahəsində əməkdaşlığın vacibliyi qeyd edildi. Suriyanın hazırdaciddi enerji problemi ilə üzləşdiyi vurğulandı. Bu xüsusda yaxınzamanlarda Azərbaycanda istehsal olunan qazın Türkiyə ərazisindənSuriyaya ixracı layihəsinin həyata keçiriləcəyi diqqətə çatdırıldı.Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə verməkiqtidarında olduğu bildirildi. Əhməd Əl Şaraa hazırda ölkəsininüzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanıntöhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafınaxidmət etdiyini vurğuladı.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Suriya əlaqələri, eynizamanda Azərbaycanın Yaxın Şərq siyasətində mühüm istiqamətdir.Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasətyürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir.Prezident İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasətnəticəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı tərəfdaşkimi tanınır. Ölkəmiz tarixi Zəfərimizin və suverenliyimizin tambərpasından sonra istər regionda, istərsə də beynəlxalq aləmdəmövqeyinin daha da möhkəmləndirib. Azərbaycan qlobal siyasi gücəçevrilərək yeni dünya nizamının formalaşmasına verdiyi töhfələriilə diqqətdədir. Prezident İlham Əliyevin nüfuzu, həyata keçirdiyipraqmatik siyasət ölkəmizə yeni tərəfdaşlıq modellərini gətirir,yeni tərəfdaşlar qazandırır. Azərbaycan Suriya ilə İsrail arasındagərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakitdiplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasınaöz töhfəsini vermişdir. Suriya Prezidenti Əhməd Əl Şaraanın səfəriAzərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək.Azərbaycan fəal siyasi aktor kimi beynəlxalq münasibətlərsistemində möhkəmlənən yeri və rolu göz önündədir.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezidentlərin görüşündəAzərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyətsahələrində də əməkdaşlığa toxunuldu, o cümlədən suriyalıtələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrinbərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyibərpa-quruculuq işlərinə xüsusi diqqət yönəldildi. Təbii ki,ölkəmiz dünya tarixində bu sahədə də ilkə imza atıb. Müharibədəndərhal sonra belə genişmiqyaslı bərpa-quruculuq işlərinə öz daxiliimkanları hesabına başlamaq dünya tarixində mümkün olmayıb.Azərbaycanın müasir tələblərə uyğun olaraq apardığı dirçəlişmodelinin nümunəviliyi hər zaman keçirilən görüşlərdə, beynəlxalqtədbirlərdə əsas diqqət göstərilən məsələlərdən olur. Azərbaycan vəSuriya prezidentlərinin geniş tərkibdə görüşündə ölkəmizin işğaldanazad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindətəcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusdaAzərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuqprosesinə öz töhfəsini verə bilər.

Məqalədə:
Seçilən
6
5
az.trend.az

6Mənbələr