AZ

Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?

Azərbaycana gələn turistlərin kirayə ev götürməsində kəskin artım müşahidə olunur.

Mütəxəssislər müsbət statisitkanın səbəbini sahibkarların turizm sahəsində inkişafı, bu mənada kirayə verilən kənd evlərinin, a frame tipli evlərin sayının artmasında görür.

Turizm eksperti deyir ki, xüsusilə Hindistandan gələn turistlərin kirayə evlərdə qalma sayı 144 min 408-ə çatıb. Bu göstərici əvvəlki ilə nisbətən 2 dəfə çoxdur. Sözügedən evlərin sayının artması isə bazarda rəqabət yaradıb.

Ekspert onu da bildirib ki, yanvar-may aylarında ölkədəki gecələmələrin 32,55 %-i hotellərin, 67,45 %-i isə müxtəlif kateqoriyadan olan evlərin payına düşüb.

Seçilən
0
8
far.az

9Mənbələr