AZ

FHN Qəbələdə 3 yaşlı körpəni belə xilas etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

XəzərNews.az xəbər verir ki, çağırış üzrə cəlb olunan FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 2022-ci təvəllüdlü azyaşlını xilas ediblər.



Xəbər 3 dəfə oxunub.
Seçilən
16
22
xezernews.az

10Mənbələr