9 - 12 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.
Day.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, apellyasiya komissiyası 14 - 15 iyul 2025-ci il tarixlərində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.
Tarix | Komissiyanın nömrəsi | Fənn | Ünvan |
14.07.2025 | 10-rəngkarlıq 12-heykəltaraşlıq | rəsm | Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
15.07.2025 | 11-qrafika | rəsm | Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.