AZ

Azərbaycanı EYOF-da təmsil edəcək gimnastlar bəlli oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedəki XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

EYOF-da Leyla Məmmədzadə, Rafael Həsənov, Albina Əliyeva və Aynaz Məcidzadə mübarizə aparacaq.

Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.

Seçilən
25
8
fanat.az

9Mənbələr