AZ

Afrikanın dörd ən zəngin insanı qitə əhalisinin yarısından çoxundan varlıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oxfam-ın hesabatına görə, Afrikanın dörd ən zəngin dollar milyarderinin sərvəti 750 milyon insandan çoxdur ki, bu da qitə əhalisinin yarısının sərvətinə bərabərdir.

Banco.azxəbər verir ki, beynəlxalq yardım təşkilatı Oxfam tərəfindən yayımlanan "Afrikada gəlir bərabərsizliyi və super zənginlərin yüksəlişi" adlı hesabat qitədə gəlir bərabərsizliyinin heç vaxt olmadığı qədər dərinləşdiyini üzə çıxarıb.

Hesabatda qitə əhalisinin üçdə birindən çoxuna uyğun gələn 460 milyon insanın həddindən artıq yoxsulluq səviyyəsinin altında yaşadığına işarə edilir və bu yoxsulluğun getdikcə artdığı vurğulanır.

Afrikanın dünyada varlıların sərvətinin ən sürətlə artdığı və yoxsulluqla mübarizənin ən yavaş irəlilədiyi bölgələrdən biri olduğu bildirilən hesabatda qitənin ən varlı dörd şəxsi – nigeriyalı iş adamı Aliko Dangote, cənubi afrikalı Cohan Rupert və Niki Oppenhaymer, eləcə də misirli Nassef Saviris – olaraq qeyd olunur.

Hesabatda bu dörd şəxsin ümumilikdə 57,4 milyard dollar sərvətə sahib olduğu və bu məbləğin qitə əhalisinin yarısına – 750 milyon nəfərə – uyğun gələn insanların ümumi sərvətindən daha çox olduğu bildirilir.

Bu gəlir bərabərsizliyinin siyasi iradə çatışmazlığından qaynaqlandığına diqqət çəkilən hesabatda Afrikadakı hökumətlərin zənginlərə qarşı xüsusi vergi siyasəti tətbiq etmədiyi vurğulanır.

Hesabatda həmçinin zənginlərin sərvətlərini əsasən xaricə çıxardıqları və bununla da vergi sistemindən kənarda qala bildikləri qeyd olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
26
banco.az

1Mənbələr