Tovuzda 77 CC 067 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil texniki nasazlıq səbəbindən yanaraq külə dönüb.
Musavat.com xəbər verir ki, rayonun Kirən kəndinə istirahətə gələn ailənin maşını anidən alovlanıb.
Nə yanğın baş verən maşında, nə də ətrafda olan maşınlarda yanğın söndürən balon olub.
Hadisə nəticəsində xəsarət alana olmasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
Musavat.com