AZ

Sadə bir termos həyatlarını məhv etdi – 2 nəfər kor oldu

ABŞ-da fəaliyyət göstərən pərakəndə satış şəbəkəsi "Walmart" təhlükə yaratdığı üçün 850 mindən çox paslanmayan poladdan hazırlanmış termosu satışdan çıxarır.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ İstehlakçı Məhsulları Təhlükəsizlik Komissiyası (CPSC) rəsmi açıqlama yayıb. Məlumata əsasən, "Ozark Trail" markasına məxsus 64 unsiyalı (təxminən 1.9 litr) termosların qapaqlarının açılması zamanı maye istifadəçinin üzünə sıçraya və bu da ciddi xəsarətlərə səbəb ola bilər.

İndiyədək bu məhsulla bağlı üç insident qeydə alınıb. Təəssüf ki, həmin hadisələrin ikisi daimi görmə itkisi ilə nəticələnib. Toyuqlu pizza

Hazırda şirkət təhlükə yarada biləcək bu termoslardan istifadə edən hər kəsə çağırış edərək, məhsulu işlətməyi dərhal dayandırmağı və geri qaytararaq pulun tam məbləğini geri almağı tövsiyə edir.


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr