ABŞ-ın Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard bildirib ki, sabiq Prezident Cozef Baydenin administrasiyasına aid, daxili ekstremizmə qarşı mübarizə adı altında həyata keçirilmiş sui-istifadə hallarını əks etdirən sənədlər yaxın günlərdə məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim olunacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qabbard Florida ştatında keçirilən “Turning Point USA” adlı konfransda çıxışı zamanı bildirib.
“Çox yaxın zamanda Bayden administrasiyasının ilk günü – 2021-ci il yanvarın 21-də onun milli təhlükəsizlik üzrə müşavirinin yaydığı xidmət qeyd ictimaiyyətə açıqlanacaq. Həmin sənəd onların “daxili ekstremist” hesab etdikləri şəxslərə qarşı təzyiqlərin əsasını qoymuşdu”, – deyə o vurğulayıb.