AZ

“Neftçi” Avropanın müntəzəm çempionatındaRƏQİBLƏRİNİ TANIDI - FOTO

Kişi basketbolçulardan ibarət “Neftçi” klubu avrokubokda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi FIBA Avropa kubokunda oynayacaq.

Təmsilçimiz birbaşa yarışın müntəzəm çempionatında gücünü yoxlayacaq.

Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.

Hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münxen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.

“Neftçi” Azərbaycan Basketbol Liqasında ikinci yeri tutub. Onlar final mərhələsində “Sabah”a uduzub.

Seçilən
6
2
sportinfo.az

10Mənbələr