AZ

Millimiz Çin yığması ilə qarşılaşacaq

Qadınlardan ibarət 3x3 basketbol millimiz Dünya Seriyasının Buxarest mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız 1/4 finalda Çin millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18.50-də başlayacaq.

Dünya Qadın Seriyası
13 iyul
18.50. Azərbaycan – Çin


Qeyd edək ki, basketbolçularımız ilkin qrup mərhələsində "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) 21:11 hesabı ilə qalib gəlib. Əsas mərhələnin C qrupunda isə basketbolçularımız Ukrayna (21:20) və Sinqapuru (22:10) məğlub ediblər.

Seçilən
0
1
football-plus.az

2Mənbələr