HƏMAS Qəzzada Humanitar Yardım Fondunun ləğvini tələb edib
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında İsrail və ABŞ-nin idarə etdiyi Humanitar Yardım Fondunun ləğv edilməsini tələb edib.
Demokrat.az xəbər verir ki, bu barədə HƏMAS-ın "Telegram" kanalında yerləşdirilən bəyanatda deyilir.
Hərəkat yardım paylama məntəqələri yanında davam edən sistematik qətllərə görə məsuliyyəti fondun üzərinə qoyub.