AZ

Erməni deputatın oğlu azadlığa buraxıldı

Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan deputatı Qeqam Manukyanın oğlu – Taron Manukyan və əvvəllər həbsdə olan daha üç nəfər azadlığa buraxılıb.

"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, azad edilənlər arasında “Daşnaksütyun” ali orqanının aparat rəhbəri Vaaqn Matinyan da var.

İyulun 10-da səhər saatlarında “Daşnaksütyun”un bir neçə üzvünün evində axtarışlar aparılıb. Nəticədə 7 nəfər saxlanılaraq İstintaq Komitəsinə aparılıb. Onların arasında “Ermənistan” müxalifət fraksiyasının deputatı Qeqam Manukyanın oğlu Taron Manukyan da olub. Onların hamısı terror aktlarının hazırlanması və silah, sursat və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.. İstintaqın məlumatına görə, axtarışlar zamanı oradan elektrik detonatoru və onun komponentləri, qoruyucusu olan döyüş qumbarası, barıt, radiorabitə cihazları və istintaq üçün maraqlı olan digər əşyalar aşkar edilib.

Partiyadan bildirilib ki, qumbara döyüş üçün nəzərdə tutulmayıb və ələ keçirilən hər şey airsoft oyunları üçün aksesuar olub.

Seçilən
4
1
unikal.az

10Mənbələr