Rusiya xarici işlər naziri Sergey Lavrov Pekinə gedib.
Operativ Media xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Lavrov iyulun 14-15-də Tyançzin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Çin Lavrovun Asiya turunun son dayanacağıdır. Bundan əvvəl o, Malayziya və Şimali Koreyada rəsmi görüşlər keçirmişdi.