AZ

“Tryuk” göstərən arvadı imiş - Polis tədbir gördü + Yenilənib

Sumqayıt şəhərində dənizdə maşın batıb.

Bizim.Media xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş verib.

Belə ki, bir nəfər dənizin sahilində - suyun dayaz olduğu yerdə “tryuk”lar etmək istəyərkən avtomobil quma batıb.

Təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin verdiyi məlumata görə, insanların istirahət etdiyi ərazidə idarəetmə hüququ olmadan “Hyundai” markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı polis şöbəsinə dəvət olunub.

Məlum olub ki, avtomobil qadına sürücülük öyrədilməsi məqsədilə verilib.

Onlar izahatlarında etdiyi bu qanun pozuntusundan peşman olduqlarını bildiriblər.

Hər iki şəxs barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib olunub. (Lent.az)