İsti yay günlərində bir çox istifadəçilər telefonun enerji ilə doldurulması zamanı cihazın həddindən artıq qızması problemi ilə qarşılaşırlar. Bu da qadcetin xidmət müddətini əhəmiyyətli dərəcədə azalda və hətta onun sıradan çıxmasına səbəb ola bilər.
Oxu.Az qazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı mütəxəssis Aleksandr Nikitin istilər zamanı telefonun necə düzgün şəkildə doldurulmalı olduğunu izah edib.
“Əvvəla, telefonun enerji ilə doldurulması prosesinə düzəliş edilməlidir, çünki bu zaman əhəmiyyətli miqdarda istilik yaranır. Prosesin optimallaşdırılması üçün batareyanın enerji səviyyəsini 20%-dən 80%-ə qədər aralıqda saxlamağa çalışın”, – deyə Nikitin bildirib.
Ekspertin sözlərinə görə, telefonu 100%-ə qədər doldurmaq tövsiyə olunmur, çünki bu, cihazın qızmasına səbəb ola bilər.
Bununla yanaşı, Aleksandr Nikitin ən yaxşı alternativ kimi gecə saatlarında – səth temperaturunun aşağı düşdüyü vaxtlarda enerji ilə doldurmağı məsləhət görür.
O, həmçinin telefon enerji ilə doldurularkən qızmanın qarşısını almaq üçün qoruyucu örtüyün (çexol) çıxarılmasını da tövsiyə edib.