AZ

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 ilə digər VAZ markalı minik avtomobilli toqquşub. Qəza zamanı 2006-ci il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
6
yeniazerbaycan.com

10Mənbələr