AZ

SpaceX süni intellekt startapına 2 milyard dollar investisiya yatırır

İlon Maska məxsus "SpaceX" aerokosmik şirkəti süni intellekt əsasında işləyən "Grok" çat-botunun istehsalçısı olan "xAI" startapına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu məbləğ "Grok" çat-botunun istehsalçısı olan şirkətin yaxın zamanda artırılmış nizamnamə kapitalının təxminən yarısını təşkil edir.

Qeyd olunur ki, "SpaceX"in investisiyası iyun ayında elan edilmiş ümumilikdə 5 milyard dollarlıq səhmdar kapitalının cəlb olunması prosesinin tərkib hissəsidir.

Seçilən
30
1
apa.az

2Mənbələr