AZ

Yaponiyada güclü tayfun qasırğası başladı

BAKI, 13 iyul. TELEQRAF

Yaponiyanın Oqasavara adaları sahillərində Neri tayfun qasırğası əmələ gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Hazırda qasırğa Tokiodan təxminən 1000 kilometr aralıda yerləşir və şimala doğru irəliləyir.

Qasırğanın güclü olduğu bildirilir. Tayfunun mərkəzində təzyiq 996 hektopaskaldır. Mərkəzdə küləyin gücü saniyədə 18 metr təşkil edir.

Dağıntılar və itkilər barədə məlumat verilməyib.

Seçilən
18
1
teleqraf.com

10Mənbələr