AZ

Qızılın qiymətində durğunluq: almaq üçün əla fürsət yaranıb

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.

Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərdə müşahidə olunan artım tendensiyasının dayanmasına səbəb Məhərrəm ayının başlamasıdır. Bu ayda alıcılıq qabiliyyəti xeyli azalıb və bazarda durğunluq yaranıb.

Qızılın satış qiymətinin enməsi isə məhz alıcı qıtlığı ilə əlaqələndirilir. Bazarda yaranan durğunluq satıcıları məhsulu daha aşağı qiymətə təklif etməyə vadar edir.

Alıcılar isə bildirirlər ki, qızıl almaq üçün ən uyğun zaman məhz bu aydır.

Seçilən
20
4
publika.az

5Mənbələr