Türkiyənin “Fənərbağça” klubu Belçika “Gent”indən Arçi Braunu transfer edib.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.
Məlumata görə, 23 yaşlı ingilis müdafiəçi ilə “3+1” illik müqavilə bağlanılıb.
Gənc futbolçu İstanbul klubunda 33 nömrəli formanı geyəcək.
Türkiyə mətbuatında yayılan məlumatlara görə, müdafiəçinin keçidi “Fənər”ə 8,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, “sarı-lacivərlilər” daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.