AZ

"Fənərbaxça" ingilis müdafiəçi ilə 4 illik müqavilə imzalayıb

"Fənərbaxça" Arçie Braunun transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, ingilis futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

İstanbul təmsilçisi Braunun çıxış etdiyi "Gent"ə 8 milyon avro transfer ödəməklə yanaşı növbəti satışdan pay verəcək. 23 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, Arçie ötən mövsümdə "Gent"in heyətində 46 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 qol və 6 ötürmə ilə fərqlənib.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr